CHARGEMENT EN COURS...

PROPOS DE NOUS

A propos de Azerifrog

Qurbağa və qurbağa məhsullarının Azərbaycanda ilk ixracatçısı olan “Azerifrog” şirkətinin əsası 2015 -cı ildə qoyulmuş və qısa müddət ərzində fərqli ideyası və gəlirliliyi baxımından cəmiyyətdə və mətbuata böyük rezonansa səbəb olmuşdur.

Şirkətin sahibi Rauf Hüseynzadə “Azerifrog” adı altında xarici bazara qurbağa məhsulu çıxaran ilk azərbaycanlıdır. Fransada təhsil almış Rauf qurbağa ətinə marağı görüb Azərbaycanda belə bir istehsal müəssisəsi qurmaq qərarına gəlib: “Azərbaycanda olan qurbağalar yeyilməyə yaramır, onlar parazitdirlər. Biz qidaya yararlı qurbağanı Braziliyadan gətirdik” deyə o yerli mətbuata müsahibəsində bildirmişdir.

Şirkət olaraq hədəflərə çatmaqdan ötrü Salyanın Şorsulu kəndində qurbağaların yetişdirilməsi və bəslənməsi məqsədilə xüsusi şərait yaradılmışdır. Müasir standartlara tam cavab verən ərazidə hal-hazırda 100-dən artıq işçi çalışır.

“Azerifrog” şirkəti hal-hazırda həm yerli, həm də xarici bazarı qurbağa əti ilə təmin edir.  Cari dövrdə “Azerifrog” şirkəti müqavilə əsasında Fransa, Çin və İspaniya şirkətləri ilə əməkdaşlıq edir.Fəaliyyət sahəsini genişləndirmək məqsədilə yaxın zamanda Kanada və Norveç dövlətlərinə də qurbağa əti ixrac edilməyi planlaşdırılır.

Şirkətin istehsal etdiyi məhsullar avropa və yerli standartlara tam cavab verir. Bununla bağlı Azerifrog şirkəti Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsindən və bir sıra rəsmi qurumlardan xüsusi sertifikat və sənədlər əldə etmişdir.  Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin sədri Fazil Talıblı "Azerifrog" şirkəti ilə bağlı mətbuata açıqlamasında bunları demişdir: “O standartlarda qurbağa ətinə dair tələblər mövcuddur və bizə təqdim edilən nümunə bu tələblər əsasında laboratoriyada yoxlanıldı. Sınaqların nəticələrinə görə, qurbağa əti həm gigiyenik, həm fiziki kimyəvi, həm də mikrobiologiyasına görə standarta uyğun gəldi”.
Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda sürətlə inkşaf edən milli iqtisadiyyatımıza önəmli tövhələr vermək naminə fəaliyyətini daim genişləndirir.