Rauf Huseynzade

Təsisçi

Rauf Hüseynzadə 1984-cü ildə Salyan şəhərində anadan olub. 2000-2004-cü illərdə Azərbaycanda “Yanacaq enerjisinin idarə olunması və iqtisadiyyatı” sahəsində bakalavr dərəcəsini bitirmişdir.

Rauf Hüseynzadə Azərbaycanda Neft-Kimya Universitetini bitirdikdən sonra Fransanın Nant şəhərində 4 il təhsil alıb, qurbağa ətinin yeyilməsini də oradakı restoranlarda görüb. İdeyası onu yeyilən qurbağa növlərini öyrənməyə vadar edib və 2015-ci ildə “Azerifrog” şirkətini təsis edib, bu ilin yayında isə istehsala başlayıb.

O, mətbuata açıqlamasında niyə məhz qurbağa biznesinə başlamasının səbəbini izah edib: “Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-red) bitirmişəm. Daha sonra Fransanın Nantes şəhərində eyni adlı universitetin MBA üzrə magistraturasında təhsil almışam. 8 ildən çoxdur ki, Fransada yaşayıram. Orada günlərin bir günü restoranda yemək yeyəndə qurbağa əti mənə maraqlı gəldi. Öyrəndim ki, Fransada qurbağa əti zənginlərin süfrəsində yer alır. Bundan sonra bu sistemi Azərbaycanda qurmaq qərarına gəldim”.

Rauf Hüseynzadə qurbağa ferması yaratmaq üçün Braziliyadan Azərbaycana xüsusi növ yumurtalar gətirdiyini deyib: “Bu işə başlamazdan öncə kurslara gedib, qurbağa haqqında çoxlu məlumatlar əldə etdim. Bu ideyanı Azərbaycanda həyata keçirmək üçün şirkət açmışam. Hazırda dünyanın 3 ölkəsinə Fransa, İspaniya və Çinə qurbağa əti ixrac edirəm. Qurbağanın dərisindən kosmetik vasitələrdə istifadə edilir. Əti isə delekates kimi yeyilir”.


Mənə zəng et:
: (055) 706 77 55